<?xml version="1.0" encoding="UTF-8"?><song><hymn_number>369</hymn_number>
<title>Allaha fəryad eylə, vardır cavab verənin İL369</title>
<lyrics>[V1]
 Allaha fəryad eylə, vardır cavab verənin,
 İman et, O köməkdir, hər an sənə dayaqdır.
 Dua et heç dayanma, vardır səni eşidən,
 Onu çağıranlarçün O həmişə oyaqdır.

[C1]
   Günah qalib gəlirsə, vardır bağışlayanın,
   Diz çök Onun yaralı ayaqları önündə.
   Qoy Qanından bir damla töksün sənin üstünə,
   Yusun hər bir günahı peşman olmuş qəlbində.

[V2]
 Əgər yorulmusansa , səni möhkəmlədən var.
 Əgər çətinsə sənə bu yolda addımlamaq,
 Sənin ayaqlarına güc verərək həmişə
 Yıxılmağa qoymayan möhtəşəm bir Qayan var.

[C2]
   Niyə təlaşlanırsan, tufana, qasırğaya
   Əmr edib dayandıran, tabe etdirənin var.
   Ruha qeyrət, oyaqlıq verərək Öz sözüylə
   Qəlbdə tükənməz sevinc mənbəyi açanın var.

[V3]
 Çətinliklər qapını döyürsə yenə sənin,
 Dərdinə şərik olan yaxın bir Sirdaşın var.
 Nə edim, necə edim deyərkən tez eşidib
 Düzgün məsləhət verən, düz yol göstərənin var.

[C3]
   Çağır hər an Allahı, cavab verən Rəbbin var,
   İnan, kömək, dayaqdır Onu çağıranlara.
   Durmadan dua elə, bil vardır eşidənin,
   Özü tapılacaqdır Onu axtaranlara.</lyrics>
</song>